Ru
22:55 / 28 Sentyabr 2019

Yenilənmiş Lada 4x4 modelinin satış tarixi bilindi

3152
Bu məlumat ilk növbədə, butalı köynək, dar şalvar və corabsız mokasin geyinməyə üstünlük verən gəncləri çox maraqlandıracaqdır. Yenilənmiş Lada 4x4 modelinin istehsalının başlanması tarixi məlum olub.

BakuPost-un
məlumatına gprə, şirkət daxilindəki mənbələr onların qulaqlarına restaylinq keçmiş Lada 4x4 ofroudeinin istehsalının bu ilin dekabr ayında başlanacağını, avtomobilin satışlarına isə, 2020-ci ilin yanvar-fevral ayında start veriləcəyini pıçıldayıblar.


Xatırladaq ki, insayderlər ofrouderin yeni ön panelə, narıncı rəng işıqlandırması olan cihazlar panelinə, müasir idarəetmə bloku olan klimat-kontrol sisteminə və yeni düymələrə sahib olacağını bildiriblər. Bundan başqa, Lada 4x4 yeni tavan örtüyünə də sahib olacaqdır. Nəhayət, avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyətinin yüksəldiləcəyi bildirilir.

Şərhlər
  • rus maşını düşməni

    Ruslardan da maşınlarından da zəhləm gedir

  • rus maşını düşməni

    Bunun harası yenilənib bildiyimiz 50 ilin nivası'dır

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər