Ru
14:15 / 05 Avqust 2020

Yerlə yeksan olan Beyruta quş baxışı - VİDEO

4007
Yaxın Şərqdə tarixin ən güclü partlayışı kimi qiymətləndirilən və Livanın paytaxtı Beyrutda baş verən partlayış demək olar ki, şəhərin yarısını dağıdıb.

"BakuPost"un məlumatına görə, hava işıqlandıqda şəhərə vurulan ziyanın nə dərəcədə böyük olduğu da aydın olub. Hadisədən sonra dronla çəkilən görüntülər qorxulu mənzərəni üzə çıxarıb.

Partlayışın bir neçə km radiusunda olan binalar belə yerlə yeksan olublar. Dağıntılar altında isə insanların qaldıqları istisna edilmir.

Şəhər merinin məlumatına görə, dəyən ziyan 3-5 milyard dollar civarındadır.

Xatırladaq ki, 2,7 min ton ammonium-nitrat maddəsinin olduğu anbarda baş verən partlayış nəticəsində limana yaxın ərazi xarabalığa çevrilib. 100-ə yaxın insan ölüb, 4 mindən artıq yaralı var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər