Ru
11:14 / 24 Sentyabr 2019

Dövlət Agentliyinin maşını Yevlaxda qəzaya düşdü - 1 olü, 4 yaralı - YENİLƏNİB

2678
Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.


Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.


Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).


Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.


Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.


***

Yevalxda ölümlə nəticələnən yol qəzası baş verib.


Hadisə rayonun Xanabad kəndində qeydə alınıb.


Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.


Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.
(report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər