Ru
10:23 / 09 Dekabr 2019

Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirildi - FOTOLAR

1789
Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, şəhər idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, ictimaiyyətinin, ağsaqallar və gənclərin nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

BakuPost xəbər verir ki, tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmov qeyd edib ki, 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev əbədiyyətə qovuşub: “Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar”.


Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırılıb, sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən video görüntülər fonunda əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səslənib.

Anım gecəsi əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.

Mərasim çox təsirli və yaddaqalan keçib.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər