Ru
00:02 / 03 Dekabr 2019

Yevlaxda toydan qayıdanlar avtoqəzaya düşdü

1729
Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var.

BakuPost-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər