Yevlaxda “VAZ”lar toqquşdu - 4 yaralı

  • 19 Avq 2019 15:44
  • 576 Baxış
Yevlaxda “VAZ”lar toqquşdu -  4 yaralı
Yevlaxda ağır yol qəzası baş verib. 




Bakupost APA-ya istinadən xəbər verir ki, hadisə Xaldan-Şəki avtomobil yolunun Xanabad kəndi yaxınlığından keçən hissəsində baş verib. 'VAZ-2101” və "VAZ-2199” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.




Xəsarət alanlar – Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Teymurova Nüvər Oxşar qızı,  onun oğlu, 2017-ci il təvəllüdlü Teymurov Sadiq Bəhruz oğlu, Bərdə rayon sakini, 2010-cu il təvəllüdlü Kərimov Ruzi Vilayət oğlu və onun bacısı, 2005-ci il təvəllüdlü Kərimova Fidan Vilayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.




Faktla bağlı araşdırma aparılır.