Yılmaz Vural reanimasiyaya yerləşdirildi

Türkiyəli məşqçi Yılmaz Vural ikinci dəfə koronavirusa yoluxub.

"Bakupost.az"un məlumatına görə, iyunda bu virusdan əziyyət çəkən 67 yaşlı mütəxəssisin bu dəfə də testi pozitiv çıxıb.

Halı pisləşən Vural özəl xəstəxanaların birinə aparılıb və dərhal reanimasiyaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.