Ru
20:52 / 08 May 2021

Yol polisi sirkə içən uşağı belə xilas etdi - VİDEO

1405
Bu gün Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər.

Bakupost.az xəbər verir ki, ağır vəziyyətdə olan uşağını xəstəxanaya aparan valideyn avtomobilinin nasazlığı səbəbindən yolda qalıb.

Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının (Saray postunun) əməkdaşları çarəsiz vəziyyətdə qalan sürücünün köməyinə gəliblər. Onlar sirkə içən uşağın ağır vəziyyətdə olduğunu görüb patrul avtomobilinə mindirərək təcili şəkildə xəstəxanaya aparıblar.

Yolda tıxac olmasına baxmayaraq polis əməkdaşları səsgücləndirici vasitə ilə yolu boşaldıb və uşağı vaxtında xəstəxanaya çatdırıblar. Polis əməkdaşı uşağın yanındakı valideynlərin özünü itirdiyini görərək uşağı qucağına alıb və birbaşa palataya yerləşdirib.

"Avtosfer"ə müraciət edən azyaşlının atası Ceyhun Hüseynov uşağının həyatda qalmasına səbəb olan polis baş leytenantı Qasımov Yaşar Xanoğlan oğluna və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.


Şərhlər
  • Fuad ahadov

    Azerbaycanin vetendaslarina cetin anlarda komeklik polis emekdaslarina tesekkur edirik.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər