Ru
14:41 / 15 Sentyabr 2019

Bakıda yol polisləri ağır qəza törətdi: dəhşətli kadrlar – VİDEO / YENİLƏNİB

11602


Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər.


BakuPost xəbər verir ki, 99 YP 468 nömrə nişanlı avtomobillə qəzaya düşən polislər Bakı Şəhər Yol Polisi İdarəsinin gecə növbəsinin əməkdaşları olub.

Yayılan videodan görünür ki, onların vəziyyətləri ağır olub.


Hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində baş verib.


***

15:32

Hadisə barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuPost-a bildirib ki, faktla Bağlı Binqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.


E.Mirzəyev
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər