Ru
11:30 / 21 Dekabr 2019

Sneyder həyat yoldaşı ilə barışmaq üçün bunları etdi - FOTOLAR

2277
"Qalatasaray"ın və Hollandiya millisinin keçmiş futbolçusu Uesli Sneyder və model həyat yoldaşı barışmağa qərar veriblər.

BakuPost xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı holland mətbuatına Sneyderin anası verib. Onun sözlərinə görə, oğlu və gəlini oğulları Xess Xava üçün yenidən bir araya gələcəklər.


Bunun üçün Yolantenin Sneyderdən tələbləri isə Hollandiyada maraqla qarşılanıb. Belə ki, Yolante Sneyderdən "İnstaqram" hesabında təqib etdiyi qadınları silməsini və əvvəllər heç taxmadığı evlilik üzüyünü taxmasını istəyib.

Sneyder artıq Yolantenin istəklərini yerinə yetirib.

Xatırladaq ki, 9 illik evli cütlüyün boşanmaq istəmələrində səbəb kimi qarşılıqlı xəyanət və Sneyderin Yolanteyə zor tətbiq etməsi qeyd edilmişdi.

Vəsilə İbrahim
BAKUPOST










Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər