YPG Türkiyəyə top atdı - 2 şəhid, 12 yaralı - VİDEO

  • 15 Okt 2019 15:00
  • 1104 Baxış
YPG Türkiyəyə top atdı -  2 şəhid, 12 yaralı - VİDEO
YPG terror təşkilatı Türkiyəyə top atıb.

BakuPost.az Türkiyə mediasına istinadən xəbər verir ki, terroristlərin Suriyanın Dərbəsiyə qəsəbəsindən atdıqları top mərmisi Türkiyənin Mardin şəhərinin Kızıltepe rayonunun Taşlıca məhəlləsinə düşüb.

Bu zaman iki nəfər şəhid olub, 12 nəfər yaralanıb. Yaralılar Kızıltepe Dövlət Xəstəxanasına yerləşdirilib.


Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Vəsilə İbrahim
BAKUPOST