Ru
10:00 / 17 Oktyabr 2019

Yük avtomobili abidəyə çırpıldı - İmişlidə - FOTOLAR

1522
İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost.az APA-ya istinadla xəbər verir ki, Bakı-Horadiz avtomagistralının İmişli rayonunun Qaradonlu kəndindən keçən hissəsində Hacıqabul rayon sakini, 1977-ci il təvəllüdlü Cəbrayılov Ramil Cavanşir oğlunun idarə etdiyi qoşqulu “KamAZ” markalı 24 BD 085 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirərək yol kənarında yerləşən “Azad qadın” abidəsinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, abidəyə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər