Ru
14:29 / 05 Sentyabr 2019

Yumurta yedilər, zəhərləndilər

3676
Ağdamda 2 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 32 yaşlı Tahir Abdullayev və 10 yaşlı Camal Qasımovun nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. T.Abdullayev və C.Qasımov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaxınlarınınverdiyi məlumata görə, dükandan alınan yumurtanı yedikdən sonra T.Abdullayev və C.Qasımovun səhhəti pisləşib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər