Ru
13:19 / 14 Oktyabr 2019

Yunis Səfərovun Suriyada döyüşən silahdaşlarına ağır CƏZA VERİLDİ

1878
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Vüsal Nuriyev, Taleh Göyüşov, Pərviz Musayev, Elmir Ziyadov, Həbib İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BakuPost-un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binası qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Araşdırmalar zamanı Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısına sui-qəsd təşkil edən Yunis Səfərovun İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən Suriyaya göndərildiyi müəyyən edilib.
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

Rəsmi ittihama görə, Nuriyev Vüsal Məmməd oğlu, İbrahimli Həbib Əkbər oğlu və Musayev Pərviz Əlimusa oğlu müvafiq olaraq 02 sentyabr 2015, 07 noyabr 2015 və23 aprel 2016-cı il tarixlərdə“Astara” sərhəd-keçid məntəqəsindən, Zahidov Elmir Savadxan oğlu 25 oktyabr 2015-ci il tarixdə “Biləsuvar” sərhəd-keçid məntəqəsindən və Göyüşov Taleh Həsən oğlu 2015-ci ilin sonunda Rusiya Federasiyasından İran İslam Respublikası (bundan sonra - İran İR) ərazisinə gələrək orada Azərbaycan Respublikasının vətəndaşı olan İbrahimbəyli Tohid Alim oğlunun rəhbərliyi və nəzarəti altında, tərkibinə daxil olmuş şəxslərlə birgə müxtəlif ağır və xüsusilə ağır cinayətlər, həmçinin, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında terrorçuluq cinayətlərini törətmək məqsədilə yaradılmış “Hüseyniyyun” (“Hüseynçilər”) adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olublar. Həmin təşkilatın tərkibində Zahidov Elmir Savadxan oğlu 2016-cı ilin fevral ayından 2017-ci ilin fevral ayının ortalarınadək, İbrahimli Həbib Əkbər oğlu 2016-cı ilin fevral ayından 2017- ci ilin iyun ayının ortalarınadək, Göyüşov Taleh Həsən oğlu 2016-cı ilin fevral ayından 2016-cı ilin iyul ayının sonunadək, Nuriyev Vüsal Məmməd oğlu 2016-cı ilin fevral ayından 2016-cı ilin iyul ayının ortalarınadək, Musayev Pərviz Əlimusa oğlu 2016-cı ilin iyun ayının əvvəllərindən 2016-cı ilin iyul ayının ortalarınadək olan müddət ərzindəAzərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının (bundan sonra – Suriya ƏR) Dəməşq, Palmera və digər şəhərlərində özləri ilə yanaşı, “Hüseyniyyun” təşkilatının digər üzvləri ilə birlikdə qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində keçirilmiş döyüş təlimlərində və aparılmış silahlı münaqişələrdə iştirak ediblər. Onlar 20 iyun 2018-ci il tarixlərdə Azərbaycan Respublikasına qayıtmışlar. Bundan baqşa, Göyüşov Taleh Həsən oğlu 10 iyul 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin (bundan sonra – Gəncə ŞİH) inzibati binasının qarşısındakı meydanda terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə barəsində həbs qətimkan tədbiri seçilmiş Səfərov Yunis Rafik oğlunun cinayət məsuliyyətindən azad edilməsi tələbi ilə ictimai asayişin pozulmasına yönələn 4 və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə “internet” sosial şəbəkəsindən aldığı məlumatla əlaqədar, həmin aksiyada iştirak etmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşları olan İsmayılzadə Yavər Azər oğlu, Qarazadə Qənbər Cabbar oğlu, Məmmədov Zabil Qabil və qeyrilər ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 iyul 2018-ci il tarixdə saat 20 radələrində yaşadıqları Şəmkir rayonundan Gəncə ŞİH-nin inzibati binasının yerləşdiyi əraziyə gəlib ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törətməklə, yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirməklə, təhrik olunmuş şəxslərin hərəkətlərini ictimai asayişin davamlı pozulmasına, Azərbaycan Respublikası Ali İcra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan GəncəŞİH-nin inzibati binasının qarşısındakı meydana insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə daxil olmağa istiqamətləndirməklə, onların qanuna zidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabe olmamaqla, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerləri uzun müddət ərzində tərk etməməklə dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması və hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda iştirak etmişdir. Bundan başqa, Nuriyev Vüsal Məmməd oğlu ibtidai istintaq orqanı tərəfindən dəqiq müəyyən edilməmiş vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, 01 (bir) ədəd 16 kalibrli, “İJ 58MA” modelli, “D 00184” nömrəli, hamar qoşalüləli odlu ov tüfəngi, zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı“AK-74” (“AKS-74”, “AKS-74U”) markalı avtomat silahların, yəni odlu silahın komplekt hissəsi hesab olunan, 30 (otuz) ədəd 5,45x39 mm. kalibrli patron tutumuna malik və təyinatlarıüzrə istifadəyə yararlı olan 02 (iki) ədəd sandıqça, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı“AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalıəl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 16 (on altı) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm. kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov”konstruksiyalı“AK-74” (“AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalıəl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 73 (yetmişüç) ədəd patron, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, o cümlədən, tüfəng kəsiyində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş və atəşə yararlı olan 05 (beş) ədəd patronları qanunsuz olaraq əldə etmiş, Astara rayonu, Seləkəran kəndində yaşadığı evə daşımış, bundan sonra həmin 16 kalibrli, “İJ 58MA” modelli, “D 00184” nömrəli 01 (bir) ədəd hamar qoşalüləli odlu ov tüfənginə lüləsini kustar üsulla kəsib kostruktiv dəyişiklər etməsi nəticəsində ilkin təyinatını dəyişdirməklə odlu silah hesab edilən və atəş açmaq üçün yararlı olan 01 (bir) ədəd tüfəng kəsiyini qanunsuz olaraq hazırlamış və yaşadığı evin zirzəmisində gizlədərək saxlamışdır. Göstərilən odlu silah, onun komplekt hissələri və döyüş sursatları 15 iyul 2018-ci il tarixdə Astara rayon Polis Şöbəsinin (bundan sonra – Astara RPŞ) əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Nuriyev Vüsal Məmməd oğlunun Astara rayonu, Seləkəran kəndində yaşadığı evə anasının yazılı razılığı ilə baxış keçirilərkən evin zirzəmisindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Zahidov Elmir Savadxan oğlu 2018-ci ilin iyun ayının əvvəllərində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində ibtidai istintaq orqanı tərəfindən dəqiq müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5 19,942 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən narkotik vasitə olan həşiş qətranı və zavod üsulu ilə istehsal edilmiş, bir-birinə bağladıqda döyüş sursatı hesab olunan “F-1” markalı qəlpəli əl qumbarasını təşkil edən, saz vəziyyətdə və təyinatlarıüzrə istifadəyə (atəşə-partayışa) yararlı olan “F-1” markalıəl qumbarasının 02 (iki) ədəd gövdə hissələrini, onun partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş və komplekt hissələrini təşkil edən 02 (iki) ədəd “UZRQM” markalı partladıcıları, zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm. kalibrli tüfənglərdə, təlim-məşq tapançalarında, “WALTER MOD PP Cal” konstruksiyalı tapançalarda və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəşə yararlı olan 5,6 mm. kalibrli 97 (doxsan yeddi) ədəd patronları qanunsuz olaraq əldə etmiş, Neftçala rayonu, Aşağı Surra kəndində yaşadığı evə daşımış və həmin evin həyətində olan hamamın arxasındakı dəmir borunun içərisində gizlədərək saxlamışdır. 09 iyul 2018-ci il tarixdə Zahidov Elmir Savadxan oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (bundan sonra – DİNnin BMCQMİ) və Neftçala Rayon Polis Şöbəsinin (bundan sonra – Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndində saxlanılaraq Neftçala RPŞ-dəşübhəli şəxs qismindəözünün yazılı razılığı iləüzərindəşəxsi axtarış keçirilərkən əynində olmuş boz rəngli şalvarın arxa sağ cibindən bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,582 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı, bundan sonra özünün yazılı razılığı ilə Neftçala rayonu, Aşağı Surra kəndində yaşadığı evə baxış keçirilərkən evin həyətində olan hamamın arxasındakı dəmir borunun içərisindən təmiz çəkisi 11,360 qram təşkil edən narkotik vasitə olan həşiş qətranı, döyüş sursatı hesab edilən “F-1” markalıəl qumbarasının 02 (iki) ədəd gövdə hissələri, 02 (iki) ədəd “UZRQM” markalı partladıcılar və döyüş sursatı hesab olunan və atəşə yararlı olan 5,6 mm. kalibrli 97 (doxsan yeddi) ədəd patron aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər İbrahimli Həbib Əkbər oğlu və Musayev Pərviz Əlimusa oğluna Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri, Göyüşov Taleh Həsən oğluna Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214-3.1, 283-1.3 və 220.1-ci maddələri, Nuriyev Vüsal Məmməd oğluna Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214-3.1,283- 1.3, 228.1 və 229.1-ci maddələri, Zahidov Elmir Savadxan oğluna Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214-3.1, 283-1.3, 228.1 və 234.1-ci maddələri ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər