Ru
20:07 / 16 Fevral 2019

Zabit Səmədovdan “Neolit” davasına cavab

2769
Fevralın 14-də
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit" restoranında azərbaycanlılarla
çeçenlər arasında yaranmış qalmaqala K-1 döyüşçüsü, kikboksinq üzrə Avropa və
dünya çempionu Zabit Səmədov da biganə qalmayıb. BakuPost-un məlumatına görə, dünya
çempionu sosial şəbəkədəki hesabında Azərbaycan və çeçen xalqlarının tarixən
bir-birinə bağlı olduğunu, iki xalq arasında daim qardaşlıq münasibətləri
olduğunu bildirib.

  Z.Səmədov müraciətində
bildirib: "Əziz dostlar, qardaşlar, qafqazlılar! Bizim əcdadlarımızın
keçdiyi yol Qafqaz xalqları üçün cəsarətli nümunədir. Bizi tariximizə hörmət
etməyə, şəfqət göstərməyə, din və qürurlu Qafqaz ərazisində yaşayan qardaşlara
kömək etməyə öyrədiblər. Bu gün biz Azərbaycan və Çeçenistan Respublikasının
xalqları arasında qarşılıqlı səmimi münasibətin, eləcə də qarşılıqlı təsirin və
nəsildən-nəsilə bizim əcdadlarımızın münasibətlərinin davamının şahidiyik. Mən
qürurla deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdir, hiss edirəm ki, mənim
sevimli Çeçenistan Respublikamda mənim xalqım haqqında səmimiyyətlə danışırlar.
Mən əminəm ki, bizim xalqlarımız onların oyununa gəlməyəcək. Rusiya və qonşu dövlətlərin
ərazilərində yaşayan qardaş xalqların arasında fitnə salmağa çalışırlar. Biz
buna icazə verməyəcəyik!"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər