Ru
16:21 / 22 May 2019

paltarlarını dəyişən qadınları gizli VİDEOya çəkirlər “Zara”dan biabırçılıq:

5139
Bakıda "Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.


 

Bakupost xəbər verir ki, bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib.


Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən "Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

"Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib.


Məsələ ilə bağlı "Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər