Ru
21:11 / 18 May 2019

Zağulba ticarət mərkəzi yandı: 4 nəfər xəsarət aldı

3476
Bakıda
ticarət mərkəzində yanğın olub.

 

BakuPost.az 
"Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun
Zağulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Zağulba Mall"da,
"Favorit" marketin zirzəmisində baş verib.

 

 

Hadisə
yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər
xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü
qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı
Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

 

 
  Yanğın
zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər