Ru
17:50 / 20 May 2019

Özbəkistan Prezidenti Azərbaycan Prezidentini təbrik etdi

1740
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


 

Bakupost xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri möhtərəm Prezident.


Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını ürəkdən təbrik etmək, Sizə ən xoş və səmimi arzularımı bildirmək mənə böyük məmnuniyyət bəxş edir.


Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik.


Əminəm ki, bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.


Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzu edirəm".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər