Özbəkistanda prezident seçkiləri keçirilir

238
Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələri səhər saat 6:00-da açılıb, axşam 18.00-da bağlanacaq.

Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.

Prezident seçkilərində Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, "Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, "Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev namizəddir.

Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Kərimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər