12:07 / 14 Sentyabr 2021

“Zəfər yolu” layihəsinin ilk tədbiri keçirildi - FOTOLAR

464
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilmiş “Zəfər yolu” layihəsinin ilk tədbiri keçirilib.

Bakupost.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib.

Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini yad edib, Ana Vətənin azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər.

Çıxışçılar qeyd ediblər ki, xalqımız hər zaman Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olub, hər qarış torpaq uğrunda şəhid qanı axıdıb: “30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində qalibiyyətimizlə yekunlaşdı və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşdu”.

Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və zəfərimizin 1-ci ildönümündə yekunlaşacaq.


“Zəfər yolu” layihəsinin ilk tədbiri keçirildi -  FOTOLAR
“Zəfər yolu” layihəsinin ilk tədbiri keçirildi -  FOTOLAR
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər