Ru
18:15 / 21 Aprel 2019

Zelenski 72% səslə prezident seçilir - Poroşenkoya cinayət işi açıla bilər

2145

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.

BakuPost xəbər verir ki, ekzit-polların ilkin nəticələrinə əsasən, namizəd Vladimir Zelenski seçicilərin səslərinin 71,8%-ni toplayıb.

"New Image Marketing Group” şirkətinin apardığı araşdırmaya görə, bu nəticələr Bakı vaxtı ilə saat 15:00 üçün əldə olunub. Səsvermə saat 21:00-da başa çatacaq.

Hazırkı prezident Pyotr Poroşenko hələlik səslərin yalnız 28,2%-ni toplaya bilib.

Yerli mənbələrin verdiyi məlumatlara əsasən, Pyotr Poroşenko seçkiləri uduzacağı təqdirdə məhkəmə qarşısında cavab vermək təhlükəsi ilə üzləşəcək. Belə ki, prezident toxunulmazlığı aradan qaldırılarsa, Ukraynanın hazırkı dövlət başçısı barəsində iqtisadi cinayətlər törətdiyinə görə bir neçə cinayət işi başlana bilər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər