Zelenski bu gün Azərbaycana gələcək

  • 16 Dek 2019 11:56
  • 544 Baxış
Zelenski bu gün Azərbaycana gələcək
Vladimir Zelenski 16-17 dekabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

BakuPost bu barədə Ukrayna Prezidentinin rəsmi saytına istinadla məlumat verir.


Məlumata görə, Zelenski səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşəcək.

Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, Ukrayna və Azərbaycan rəhbərləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər. Daha sonra Bakıda Vladimir Zelenskinin Ukrayna Azərbaycan icmasının nümayəndələri ilə görüşü olacaq.

Qeyd edək ki, bu, Zelenskinin prezidentliyi dövründə Azərbaycana ilk səfəridir.