Zelenski impiçment haqda qanunu imzaladı

  • 23 Sen 2019 14:44
  • 1028 Baxış
Zelenski impiçment haqda qanunu imzaladı
Ukrayna Prezidenti Vladimir Zelenski “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” qanunu imzalayıb.


BakuPost.az
xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytında məlumat yerləşdirilib.


Sənədə əsasən, parlament prezident tərəfindən törədilən dövlətə xəyanət və ya digər cinayət faktlarının araşdırılması üçün xüsusi müvəqqəti istintaq komissiyası yaradacaq.


Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.


Həmçinin, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır.


Ali Rada prezidenti ittiham etmək qərarına gəldikdən sonra parlament prezidentin hərəkətlərinin hüquqi keyfiyyətləri və onun hərəkətlərində cinayət əlamətlərinin olub- olmadığını araşdırmaq və dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması barədə qərarın verilməsi üçün Konstitusiya və Ali məhkəməyə müraciət edəcək.


Qeyd edək ki, sentyabrın 10-da Ali Rada “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” (№ 1012) qanun layihəsini təsdiqləyib.


Xatırladaq ki, V. Zelenski prezident seçkiləri kampaniyası dövründə Ukrayna Prezidentinin impiçmenti haqqında qanunun qəbul olunacağını vəd etmişdi.