Ru
12:41 / 12 Aprel 2021

Zelenski Putinə müraciət etdi

2498
“Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib”.

Bakupost.az -ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.

“Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ bir cavab almamışıq. Ümid edirik ki, bu, dialoqdan imtina deyil”, - deyə Y. Mendel bildirib.

O qeyd edib ki, ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.

Mətbuat katibi V. Zelenskinin Donbassda gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Parisə səfər edəcəyini vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər