Ru
10:18 / 22 Aprel 2019

Seçkinin qalibi Vladimir Zelenskidir - YENİLƏNİB Ukrayna MSK:

4356

 

Ukrayna Mərkəzi Seçki Komissiyası ötən keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı məlumat yayıb. 


Bakupost.az-ın xəbərinə görə, Ukrayna MSK-dan bildirilib ki, protokolların 90 faizindən çox sayılıb və Vladimir Zelenski seçkilərin qalibidir.

 

Məlumata görə, Zelenski seçicilərin 73,18 faizinin səsini toplayıb.


Onun rəqibi Pyotr Poroşenko isə cəmi 24.49 faiz səs yığıb.

 

Seçkinin yekun nəticəsinin aprelin 30-da elan ediləcəyi bildirilir. 

 


 **

21 aprel

Ukraynada bu gün keçirilən prezident seçkilərinin ikinci turunda exit-poll-un son nəticələri elan edilib.

Bakupost.az xəbər verir ki, exit-poll-un yekun nəticəsinə görə, müxalif namizəd Vladimir Zelinski seçicilərin 73 faiz səsini qazanıb.

Hazırki prezident Pyotr Poroşenko isə cəmi 26 faiz səs qazanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər