Ru
13:32 / 30 Oktyabr 2019

“Zəncirlənmiş adam” Şah Mat Teatrında

1958

Şah Mat Teatrı 31 oktyabrda "Flora Hostel Baku"nun səhnəsində dünya şöhrətli Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsinin motivləri əsasında hazırlanan "Zəncirlənmiş adam" adlı səhnə əsərini tamaşaçılara təqdim edəcək.

BakuPost xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov və Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadir. Absurt üslubunda hazırlanan tamaşada obrazları Mir Qabil Əkbərov,Əminə Cəfərova,Tunar Ali,Ümüd Abbas,Anar Bulud canlandıracaq.

Tamaşanın müəllifləri, argentinalı dramaturqunun klassik hekayəsinə tam fərqli aspektdən yanaşmağı çalışıblar.40 dəqiqəlik davam edən səhnə əsərində, əsərin baş qəhrəmanı Alvardo iş axtarır amma bütün səyləri boşa çıxır.Arvadı Mariya və yeni dünyaya gələcək uşağı üçün məcbur qalıb Nikandronun yanında "it" vəzifəsində çalışır. Amma cəmiyyət onu elə bir vəziyyətə salır ki, artıq Alvardo doğurdan da itə çevrilir.

Günel
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər