Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, azyaşlı T.Məmmədovun xəstəxanada vəfat etdiyi bildirilir.
Məlumata görə, azyaşlı hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.
***
12.40
Zərdabda baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 3-ü azyaşlıdır.
***
11.19
Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.
Hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Fakt araşdırılır.
