Ru
09:26 / 09 Dekabr 2025

Zəvvar olmaq istəyənlərin nəzərinə – Yeni qadağa qüvvəyə minir

Zəvvar olmaq istəyənlərin nəzərinə – Yeni qadağa qüvvəyə minir
Eye

Səudiyyə Ərəbistanı 2026 Həcc mövsümü öncəsi mühüm qərar qəbul edib. Məlumata görə, Kəbənin yerləşdiyi Məscidül-Həramda və Mədinədəki Məscidün-Nəbəvinin bütün ərazilərində foto və video çəkilişi rəsmi olaraq qadağan olunur. Qərarın məqsədi ziyarətçilərin məhrəmiyyətini qorumaq və ibadət zamanı mənəvi sükunəti təmin etməkdir.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, Səudiyyə rəhbərliyinin sözlərinə görə, qadağa müqəddəs məkanların hörmətini qorumaq və ibadət edənlərin diqqətinin dağılmasının qarşısını almaq üçün tətbiq edilir. Yeni qaydalara əsasən Məscidül-Həramın və Məscidün-Nəbəvinin istisnasız bütün hissələrində foto və video çəkmək qadağandır.

Qaydanı pozan ziyarətçilər barəsində inzibati tədbir görüləcək.

İcazəsiz çəkiliş üçün istifadə olunan cihazlar müsadirə olunacaq.

Qayda pozuntusu ilə bağlı hüquqi prosedur da işə düşəcək.

Bu qərar 2026-cı il Həcc mövsümü başlamadan tətbiq olunmağa başlayacaq və bütün ziyarətçilərin buna riayət etməsi tələb olunur.

Səudiyyə Ərəbistanı açıqlamasında vurğulayıb ki, bu addım həm ibadətin ruhani atmosferini qorumağa, həm də ziyarətçilərin fərdi məxfiliyini təmin etməyə xidmət edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar