Ru
16:24 / 19 Avqust 2019

Zəvvarları daşıyan avtobus qəzaya düşdü

2597
Dağıstanlı zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb.


"RİA Novosti” xəbər verir ki, bu barədə "Marva-tur” şirkətinin rəhbəri Bulat Qurbanov bildirib.


Qəza nəticəsində bir qadın ölüb, daha 2 şəxs isə xəsarət alıb. Qəza zəvvarlar Məkkədən Dubay hava limanına gedərkən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən bir neçə km məsafədə baş verib.


"Yol kənarında dayanan və içərisində 47 zəvvar olan avtobusa yük maşını çırpılıb. Bir qadın ölüb, daha ikisi isə yaralanıb”, - B. Qurbanov deyib. 


Onun sözlərinə görə, daha bir neçə zəvvarın xəsarət almasına baxmayaraq, onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər: "Digərlərinin vəziyyəti qənaətbəxşdir. Onlar artıq hava limanına yola düşüblər. Ölən qadının yaxını olan oğlu da, digər xəsarət alan şəxslərin yaxınları da Ər-Riyadda xəstəxanadadırlar”. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər