Ru
15:31 / 24 May 2019

Ziyafət Əsgərov ermənilərin Qarabağa dair iddialarına cavab verdi

1943
"Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralından başlamayıb”.


 Bakupost-un məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə "Azərbaycanda təhlükəszlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli həlli yolları” mövzusunda çıxış edən Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.


Z. Əsgərov deyib ki, ermənilərin 200 il ərzində Azərbaycana qarşı ərazi iddiaları olub: "Ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədir. Azərbaycan 1919-cu ildə Millətlər Liqasına üzvlük üçün müraciət edib, 1920-ci il yanvarın 12-də Azərbaycan tanındı. Ermənistan da müraciət edib, ancaq Millətlər Liqası qəbul etməyib. Çünki Ermənistanın ərazisi yox idi. O vaxt 20 dövlət Azərbaycanı de-fakto tanıdı”.


Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Ermənistan 1918-1920-ci illərdə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmadığı iddiası ilə çıxış edirb "SSRİ parçalanma ərafəsində qərar qəbul edib ki, hər bir bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır. Ermənilər iddia edir ki, bu və digər müttəfiq respublika, o cümlədən Azərbaycanın SSRİ-dən çıxması Dağlıq Qarabağa daxil deyil. Ermənilər deyirlər ki, siz Xalq Cümhuriyyətinin varisisinizsə, sovet Azərbaycanının varisi deyilsiniz”.


Z. Əsgərov qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ quberniyası yaradılıb və ora azərbaycanlı qubernator qoyulub: "Dağlıq Qarabağda erməni iciması da bəyan edir ki, Azərbaycanın suverenliyi altında yaşayırlar. Digər tərəfdən, Millətlər Liqası Ermənistanı qəbul etməyb, Ermənistan məsələsi havada qalıb. Azərbaycandan torpaq qoparıb, Ermənistanı yaradıblar. İddia edirlər ki, Stalinin dəstəyi ilə Dağlıq Qarabağ Azərbaycana verilib. Ancaq 1921-ci il iyulun 5-də qərar qəbul edilib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Deməli, həmin vaxta qədər Dağlıq Qapabağ Azərbaycanın tərkibində olub”.


Vitse-spiker xatırladıb ki, Qars müqaviləsində Naxçıvan Cümhuriyyətinin Azərbaycanın patronajlığı altında yaradılmasından söhbət gedir: "Ermənilər o vaxt daha çox Naxçıvana iddia edirdilər, Qars müqaviləsində isə Naxçıvan məsələsi tam əksini tapdı. Dağlıq Qarabağın hər zaman Azərbaycanın əzəli torpağı olduğu əksini tapıb. Digər tərəfdən, SSRİ parçalanandan sonra hansı müttəfiq respublikanın tərkibinlən muxtar respublika çıxıb? Belə presedent olmayıb. Nəhayət, bizim Xalq Cümhuriyyətinin varisi olduğumuz, sovet Azərbaycanının varisi olmadığımız barədə iddiaya gəlincə, beynəlxalq hüquqa görə, Azərbaycan SSRİ dövründə öz ərazi bütövlüyünü saxlayıbsa, müstəqillikdən sonra da həmin ərazi buna məxsusdur. Bu prinsip bütün dünyada tətbiq olunur”.


Z. Əsgərov qeyd edib ki, iddiaları əsassız çıxan ermənilər indi isə Azərbayanı işğal faktı ilə barışmağa çağırır. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər