22:44 / 17 Noyabr 2021

Zurabişvili Saakaşvilinin həbsxanadan çıxarılma anından danışdı

1733
Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin həbsxana xəstəxanasına aparılması ilə bağlı videogörüntülərin yayılmasını pisləyib.

Bakupost.az xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.

“Davranışlarına baxmayaraq, eks-prezidentin ləyaəqti qorunmalıdır. Çünki keçmiş prezident hələ də dövlətlə əlaqəli şəxsdir və bu statusa hörmət etmək lazımdır. Bu səbəbdən şərəf və ləyaqəti ləkələyən həmin kadrlar Gürcüstan prezidenti olaraq mənim üçün də qəbuledilməzdir. Bu, cəmiyyət üçün də qəbuledilməzdir”, - deyə Zurabişvili deyib.

Dövlət başçısı vurğulayıb ki, indiki hakimiyyət öz sələfləri - Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyası kimi olmamalıdır. Belə ki, Zurabişvili Saakaşvilinin prezidentliyi dövründə məhbuslarla pis rəftar edildiyini də xatırladıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər