Paytaxtda vətəndaş ötən gecə saat 00:56-dan 02:07-dək dəfələrlə zəng etsə də, telefonuna cavab verilməyib.
"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, uşağın vəziyyəti ağırlaşıb və o, az qala can verirmiş. Kömək üçün 1 saat 11 dəqiqə ərzində 27 dəfə zəng edən şəxs heç kimdən cavab ala bilməyib.
Sonda çıxılmaz vəziyyətdə taksi çağıraraq uşağa baxa biləcək həkim axtarmağa başlayıb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
Məndə bu 103dən şikayətçiyəm bular necə maaş alır anlamıram keçən dəfə qaynanam təzyig I qalxmışdı 20 dəfə yıgdm açmadı lar cvb vermirlər dəfələrlə olur belə. Dəhşət adamlardıe vallah