Ru
16:40 / 09 Mart 2026

10 gündür Xamenei buna görə dəfn olunmayıbmış - SƏBƏBİ

10 gündür Xamenei buna görə dəfn olunmayıbmış - SƏBƏBİ
Eye

Fevralın 28-də ABŞ və İsrailin başlatdıqları birgə hərbi əməliyyat nəticəsində həlak olan İranın sabiq Ali Rəhbəri, Ayətulla Seyid Əli Xamenei hələ də dəfn olunmayıb.


Bakupost.az savaşmedia.az-a istinadən xəbər verir ki, Əli Xameneinin niyə torpağa tapşırılmadığı ilə bağlı bir neçə ehtimal irəli sürülüb.


İlkin ehtimala görə, Tehran üçün planlaşdırılan anım mərasimi hakimiyyət orqanları tərəfindən "görünməmiş iştirak gözləntisi" səbəbindən təxirə salınıb. 


Lakin sonradan yayılan iddialara görə, buna İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mane olub. Bildirilib ki, SEPAH Xameneinin məzarının İsrail-ABŞ hücumlarına məruz qalacağından ehtiyatlanır. Əli Xameneini İsrail və ABŞ-dən qoruya bilməyən SEPAH ikinci utancı da sabiq Ali Rəhbərin məzarının vurulması ilə yaşamaqdan çəkinir.


Başqa bir iddiaya görə isə Əli Xamenei artıq dəfn olunub, lakin məzarının yeri gizli saxlanılır. SEPAH bununla da Əli Xameneinin məzarını hücumlardan qorumaq məqsədi güdür.


Maraqlısı isə odur ki, Tehran hökuməti ölümündən 10 gün keçməsinə baxmayaraq, hələ də Əli Xameneinin nə zaman dəfn olunacağı ilə bağlı heç bir məlumat yaymayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar