Ru
19:47 / 12 Noyabr 2025

100 milyonluq rüşvət qalmaqalı - Nazir vəzifədən azad edildi

100 milyonluq rüşvət qalmaqalı - Nazir vəzifədən azad edildi
Eye

Ukrayna hakimiyyəti energetika sektorunda 100 milyon dollarlıq rüşvət qalmaqalı ilə bağlı 7 nəfərə ittiham irəli sürüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna Dövlət Antikorrupsiya Bürosu tərəfindən aparılan iş üzrə energetika sahəsində yüksək vəzifəli şəxslər məsuliyyətə cəlb olunub. Həmçinin Ukrayna hökuməti ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən azad edib.

Xatırladaq ki, Qaluşenko sosial şəbəkə hesabında hökumətin onu araşdırma müddətində vəzifədən uzaqlaşdırmaq qərarını dəstəkləyərək, bunu “sivil yanaşma” hesab etdiyini vurğulayıb. O, eyni zamanda məhkəmədə özünü müdafiə edəcəyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar