Ru
21:45 / 24 Sentyabr 2026

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

"11 yaşımda ana oldum, mən böyümədim" -  Xalq artisti
Eye

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb.


"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, aktrisa bu barədə “Xəzər axşamı” verilişində söhbət açıb.

O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:

“10 yaşımda anam dünyasını dəyişmişdi. Tələbə olanda anam və atam artıq yox idi. Universitetə daxil olduğum il sentyabrın 24-də ad günüm idi. Atam da ayın 21-də dünyasını dəyişdi. Ona bu sevincli xəbəri çatdıra bilmədim, çünki cavablar gec çıxmışdı.

Amma ata-anamdan, hər şeydən vacib çox böyük Allahım var. O, mənə güc verdi. Evdəki uşaqlar arasında ən böyük mən idim. 11 yaşımda ana oldum, mən böyümədim ki... Yeddi yaşımda bacımı məktəbə aparırdım. 3-4 yaşlı bacı-qardaşlarıma baxırdım. Mən Tanrıdan güc alırdım”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar