Ru
10:40 / 14 Sentyabr 2026

"13"-"14" ləğv olunur, yeni sistem tətbiq ediləcək

"13"-"14" ləğv olunur, yeni sistem tətbiq ediləcək
Eye

Azərbaycan Ordusunda hərbi qulluqçuların əməkhaqqı sistemində dəyişikliklərin həyata keçirilməsi gözlənilir.

"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, hərbi qulluqçulara il ərzində əlavə ödənişlərin verilməsi ilə bağlı mövcud 13-cü və 14-cü maaş sisteminin ləğv edilməsi nəzərdə tutulur.

Məlumata əsasən, sözügedən ödəniş mexanizminin dəyişdirilməsi ilə yanaşı, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının və digər ödənişlərinin artırılması istiqamətində də yeni yanaşmanın tətbiqi gözlənilir.

İddialara görə, hazırda müzakirə olunan dəyişikliklər nəticəsində hərbi qulluqçuların gəlirlərinin il ərzində daha sabit və proqnozlaşdırıla bilən formada təmin edilməsi məqsədilə əlavə ödənişlərin müəyyən hissəsinin aylıq maaşlara inteqrasiyası gündəmdədir.

Qeyd edək ki, hərbi qulluqçuların sosial təminatının və maddi vəziyyətinin yaxşılaşdırılması son illərdə müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən əsas istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.

Maaş artımının konkret faiz və məbləği, eləcə də dəyişikliklərin hansı tarixdən qüvvəyə minəcəyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar