14 elektrikli avtomobilin real yol şəraitində sınağı zamanı ən az enerji sərf edən model “Hyundai IONIQ 6 SR” olub.
“Bakupost” xəbər verir ki, avtomobillər Türkiyədə “Kayseri–Sivas” marşrutu üzrə təxminən 200 kilometrlik məsafədə sınaqdan keçirilib. “Hyundai IONIQ 6 SR” hər 100 kilometrə 13,6 kVt/saat enerji sərf edib. İkinci yerdə “MINI Countryman” (14,7 kVt/saat), üçüncü yerdə isə “Tesla Model Y Premium” (14,9 kVt/saat) qərarlaşıb.
Ən yüksək enerji sərfiyyatı isə “KGM Torres EVX” modelində qeydə alınıb – 100 kilometrə 22 kVt/saat. “BYD Seal U EV” 20,6 kVt/saat, “Togg T10X” isə 20 kVt/saat enerji sərf edib.
Enerji müddətinə görə “Volkswagen ID. Buzz” 32 dəqiqə ilə ilk sırada yer alıb. “Opel Frontera” isə 77 dəqiqə ilə ən uzun müddətə malik olub.
Sınaqda avtomobillərin batareya tutumları və sərnişin sayı da fərqlənib. Buna görə nəticələr yalnız enerji sərfiyyatını müqayisə edir və bütün modellərin eyni şəraitdə istifadə olunduğunu göstərmir.
Vüsalə Hüseynova,
BakuPost