Ru
21:05 / 09 Sentyabr 2026

15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəza ilə bağlı HƏSSAS MƏQAMLAR - VİDEO

15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəza ilə bağlı  HƏSSAS MƏQAMLAR - VİDEO
Eye

"Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir".


"Bakupost" xəbər verir ki, Zərdabda baş vermiş faciə nəticəsində həlak olanların yaxınları Baku TV-yə danışıblar.


Onlar bildiriblər ki, həyatını itirən Qalib Məhəmmədovun qızının uzun müddət övladı olmayıb: "Təxminən 15 il övlad sahibi ola bilməyiblər. İllər sonra bir qız övladı dünyaya gəldi.

Ailə üzvlərinin bildirdiyinə görə, uşağın artıq 6 yaşı var və məktəbə getməyə hazırlaşırdı. Qohum-qonşuların iştirakı ilə kiçik bir məclis keçirmək istəyiblər. Qohumlarla birlikdə restoranda yığışıblar.

Hamı dağılışdıqdan sonra müəllim oğlu ilə birlikdə avtomobildə qalıb. Belə qərara gəliblər ki, hamı öz avtomobili ilə getsin və onlar da bir avtomobillə yola düşüblər. Nəticədə belə bir faciəli hadisə baş verib".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar