Ru
13:38 / 19 Oktyabr 2026

15 yaşlı Ayşən 18 yaşlı tennisçilər arasında ölkə birincisi oldu - VİDEO

Eye

15 yaşlı Ayşən Kərimli tennis üzrə Respublika Birinciliyində 18 yaşlı idmançılar arasında birinci yeri tutub.

"Bakupost" xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışın finalında Ayşən rəqibi Sofiya Məmmədovaya 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, oktyabrın 13-dən 17-dək davam edən Respublika Birinciliyində müxtəlif yaş kateqoriyaları üzrə tennisçilər birincilik uğrunda mübarizə aparıblar. Yarışın sonunda qaliblər medal və diplomlarla təltif olunublar.

Xatırladaq ki, Ayşən Kərimli son beş ildə yeniyetmələr və gənclər arasında keçirilən ölkə birinciliklərində bütün turnirlərin qalibi olub.

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar