Ru
09:36 / 21 Oktyabr 2026

15 yaşlı qız tabutda oyandı - Atanı həbs cəzası gözləyir

15 yaşlı qız tabutda oyandı - Atanı həbs cəzası gözləyir
Eye

Qvatemalada yevangelist pastor Abraham İskotoyak qızını az qala diri-diri dəfn etdikdən sonra barəsində istintaq başladılıb.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.

Oktyabrın 10-da səhər saatlarında pastorun 15 yaşlı qızı Yuleydi özünü pis hiss edib. Kişi onu xəstəxanaya aparıb, lakin yolda qız huşunu itirib və nəfəs almağı dayandırıb. Bundan sonra Abraham qızı ilə birlikdə evə qayıdıb və dəfn mərasiminə hazırlaşmağa başlayıb.

Vida mərasiminə qohumlar və qonşular toplaşıblar. Lakin dəfn zamanı qız gözlənilmədən ayılıb və yas tutan yaxınlarının gözü qarşısında tabutda oturub.

Qvatemala Prokurorluğu rəsmi araşdırmaya başlayıb. Müfəttişlər pastorun qızının tibbi təsdiq olmadan nə üçün ölü elan edildiyini araşdırırlar. Onlar Abrahamın qızının ölümünü səhnələşdirmiş ola biləcəyindən ehtiyat edirlər. Onu beş ilədək həbs cəzası gözləyə bilər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar