Ru
19:59 / 24 Avqust 2026

169 nəfər müsabiqədənkənar tələbə oldu

169 nəfər müsabiqədənkənar tələbə oldu
Eye

Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

"Bakupost" AzEdu.az-a istinadla xəbər verir ki, bu il 169 abituriyent müsabiqədənkənar qaydada ali təhsil müəssisələrinə qəbul olunub.

Onlardan 3 nəfəri beynəlxalq fənn olimpiadalarının, 103 nəfəri respublika fənn olimpiadalarının, 63 nəfəri isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının (IB) iştirakçısı olub.

Həmin şəxslər müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdiriliblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar