Ru
23:41 / 18 Avqust 2026

2 mindən çox raket hücumu, 13 milyardlıq zərər - Vaşinqton geri addım atır

2 mindən çox raket hücumu, 13 milyardlıq zərər - Vaşinqton geri addım atır
Eye

Pentaqonda Yaxın Şərqdəki ABŞ hərbi kontingentinin azaldılması imkanları müzakirə olunur.

"Bakupost" "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb İranın Birləşmiş Ştatların obyektlərinə endirdiyi zərbələrin həmin hərbi bazaların zəif tərəflərini üzə çıxarmasıdır.

“Pentaqon İranla müharibədən sonra Fars körfəzindəki hərbi iştirakını azaltmaq imkanlarını nəzərdən keçirir, çünki İranın zərbələri ABŞ-nin iri bazalarındakı zəiflikləri aşkar edib. Zədələnmiş obyektlərin bərpası əvəzinə qoşunların qərbə – İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanı istiqamətinə keçirilməsi variantlar arasında dəyərləndirilir”, – deyə portal vurğulayıb.

Bununla belə, ABŞ Müdafiə Nazirliyinin hələlik yekun qərar qəbul etmədiyi bildirilir.

Xatırladaq ki, avqustun 11-də “The Wall Street Journal” (WSJ) nəşri İranın hücumlarının ABŞ-yə 13 milyard dollar zərər vurduğunu yazmışdı. Fevral ayında münaqişə başlayandan bəri Tehran ABŞ hərbi bazalarına 2.000-dən çox raket və dron zərbəsi endirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar