Ru
13:48 / 17 Oktyabr 2026

20 Yanvar dairəsində yenilik olacaq - VİDEO

20 Yanvar dairəsində yenilik olacaq - VİDEO
Eye

Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq.

"Bakupost" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verilişində bildirib.

Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların 20 Yanvar dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır:

“Aparılan təhlillərə əsasən, gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar