Ru
15:49 / 13 Oktyabr 2026

"20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi: "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!" - VİDEO

"20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi:  "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!" - VİDEO
Eye

Paytaxtın Nəsimi rayonu, "20 Yanvar" metrostansiyasının yaxınlığında yaranmış antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.

"Bakupost"a müraciət edən sakin bildirib ki, metronun yaxınlığındakı avtobus dayanacağında, piyada səkisinin üzərində qurulan piştaxtada çirkli şəraitdə balıq satılır.

Onun sözlərinə görə, piyada səkisinin zəbt olunması ilə yanaşı, ətrafa yayılan kəskin üfunət qoxusu avtobus gözləyən sərnişinlərə əziyyət verir:

“İsti bir tərəfdən, qanlı balıqların qoxusu bir tərəfdən... Burada heç cür dayanmaq mümkün deyil. Bu qədər milçəyin, tozun içində, antisanitar şəraitdə balıq satmağa necə icazə veriblər? Təbii ki, bunlar özbaşına deyil, kimsə onlara icazə verib. Çox kəskin qoxu gəlir. Dəhşətdir”, - deyə narazı vətəndaş bildirib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab verilmədi.

Lalə Novruz, BakuPost




Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar