Ru
15:17 / 06 İyul 2026

2000 illik qızıl üzüklər tapıldı

2000 illik qızıl üzüklər tapıldı
Eye

Taylandda aparılan arxeoloji qazıntılar zamanı təxminən 2000 illik olduğu düşünülən iki qızıl üzük aşkar edilib.

"Bakupost" Tayland hökumətinin İncəsənət Departamentinə istinadla xəbər verir ki, üzüklərdən birinin üzərində qədim Hindistan Brahmi əlifbasına aid olduğu güman edilən simvollar mövcuddur. Digər üzük isə daha sadə dizayna malikdir və onun Hindistan cəmiyyətində tacir təbəqəsi hesab olunan Vaişya kastasına mənsub bir şəxsə aid olduğu ehtimal edilir.

Mütəxəssislər bildirirlər ki, bu tapıntı bölgədə qədim Hindistanla olan ticarət və mədəni əlaqələrin mövcudluğunu bir daha sübut edir.

Qeyd edək ki, Bankokdan təxminən 130 kilometr cənub-qərbdə yerləşən Don Yai Thonq ərazisi bu ilin əvvəlində yerli sakinlərin düyü tarlasında qədim tunc baraban parçaları aşkar etməsindən sonra diqqət mərkəzinə düşüb. Sonrakı qazıntılar nəticəsində ərazinin təxminən 1500-2500 il əvvələ aid bir şəhər olduğu müəyyən edilib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar