Ru
20:44 / 02 İyun 2026

2022 müəllim iş yerini dəyişmək imkanı qazandı

2022 müəllim iş yerini dəyişmək imkanı qazandı
Eye

Mayın 23-26-da keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakupost.az-a bildirilib ki, müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Bundan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar