2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.
"Bakupost" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fərmanında qeyd olunub.
Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.
Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.