Ru
14:00 / 11 İyun 2026

22 ildir gizlənən “qanuni oğru” Yusif Əliyev həbs edildi

22 ildir gizlənən “qanuni oğru” Yusif Əliyev həbs edildi
Eye

Sankt-Peterburq məhkəməsi iyunun 9-da 1990-cı illərdə adam oğruluğu ilə məşğul olan Yusif Əliyevi həbs edib.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki o, 1990-cı illərdə Azərbaycanda törətdiyi banditizm, adam oğurluğu, soyğunçuluq və silah ticarəti ittihamları ilə 22 il beynəlxalq axtarışda olub.

Vasileostrovski Rayon Məhkəməsi Y.Əliyev barəsində həbs qətimkan tədbiri seçib. Burada o, Azərbaycana ekstradisiya ilə bağlı qərarı gözləyəcək.

Müstəntiqlərin sözlərinə görə, Y.Əliyev 1994 və 1995-ci illərdə iki dəfə adam oğurluğunda ittiham olunur. Birinci işdə o, zərərçəkmişdən 182 min, ikinci işdə isə 150 min dollar tələb edib.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar