Ru
09:16 / 07 Sentyabr 2026

25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç günə dağıldı - Sakinlərdən ŞİKAYƏT/VİDEO

25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç günə dağıldı - Sakinlərdən  ŞİKAYƏT/VİDEO
Eye

25 min manata yaxın pul verib yol çəkdirdilər, amma üç gündən sonra yol çökdü.

"Bakupost" "Xəzər" TV-yə istinadla xəbər verir ki, Lerik rayonun Zövnə kənd sakinləri yaşadıqları kəndin yolunu öz şəxsi hesablarına düzəltmək məqsədi ilə 24 700 manat vəsait toplayıblar və paytaxda fəaliyyət göstərən özəl şirkətlərdən biri ilə danışıb razılığa gəliblər.

Sakinlərin sevinci isə çox çəkməyib. Belə ki, şirkət nümayəndləri kəndə gəlib yolun təmirinə başlayıblar. Lakin görülən işdən bir necə gün sonra yol dağılıb.

Kənd sakinləri bildirirlər ki, işə başlamamışdan əvvəl iş görən şəxs Elşad Qarayev onlara yollarının uzunömürlü olacağını və yolda yarana biləcək problemləri özləri qarşılayacağını bildirsə də, sonra işlərdən boyun qaçırıb.

Məsələdə adı hallanan Elşad Qarayev ittihamları qəbul etməyib.

Daha ətraflı videoda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar