Ru
16:57 / 01 Oktyabr 2026

26 avtomobil hərraca çıxarıldı: Diqqətçəkən satış qiymətləri

26 avtomobil hərraca çıxarıldı:  Diqqətçəkən satış qiymətləri
Eye

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda daha 26 nəqliyyat vasitəsi satılıb.

"Bakupost" Milli.az-a istinadən xəbər verir ki, hərracda start qiyməti 11 700 manat olan "Toyota Corolla" markalı avtomobil 14 500 manata, ilkin qiyməti 12 300 manat olan "Hyundai Equus" markalı nəqliyyat vasitəsi 14 123 manata manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 6, 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar